top
Tarixdə bu gün: Cəbrayılın işğaldan azad olunma günü
03 oktyabr 2024, 13:01
- ↺ +

Tarixdə bu gün: Cəbrayılın işğaldan azad olunma günü

Vətən müharibəsinin 8-ci günündə (04.10.20) ilk böyük zəfər xəbəri gəldi. Azərbaycan Ordusu Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl kəndlərini düşmən işğalından azad edib. Prezident, Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “X” platformasındakı səhifəsində bu barədə paylaşım edib.

Sumqayıt24.az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına əsasən, Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı düşmənin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət olaraq götürülüb. Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağ atıcı alayının müdafiə sahəsinə ordumuz tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində 4 avtomobil texnikası məhv edilib. Alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb. Düşmən çoxlu sayda itki verib.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.

Ermənistan silahlı qüvvələri Gəncə şəhərində mülki əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutub. Nəticədə bir nəfər həlak olub, 32 nəfər xəsarət alıb. İnfrastruktura və tarixi tikililərə ciddi ziyan dəyib.

Baş Prokurorluğun məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Beyləqan şəhərində iki dinc sakin həlak olub, iki nəfər isə xəsarət alıb. Bununla da həlak olan mülki şəxslərin sayı 22-yə, xəsarət alanların sayı 73-ə çatıb.

Düşmən Xızı və Abşeron bölgəsinə iki ədəd 300 kilometr məsafəli orta mənzilli raket atıb.

Azərbaycanın Baş prokuroru Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı beynəlxalq qurumların rəhbərlərinə müraciət ünvanlayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:30

Sumqayıtda sakinləri əlavə xərcə salan bankomat problemi - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 12:59

Novxanıda öldürülən həkimin qızından şok açıqlamalar

Bütün xəbərlər
Bu gün, 12:25

FHN: Ötən həftə 469 yanğına çıxış olub

Bütün xəbərlər
Bu gün, 11:55

"TikTok"da qız adı ilə keçmiş yeznəsini evinə çağırıb döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 11:25

Maşınların bu yola girişi qadağandır - 100 manat cəriməsi var

Bütün xəbərlər
Bu gün, 10:53

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

Bütün xəbərlər
Bu gün, 10:48

Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Bütün xəbərlər
Bu gün, 10:40

Sumqayıt sakinini şantaj edən jurnalistlərə HÖKM OXUNDU

Bütün xəbərlər
Bu gün, 10:10

Sumqayıtdan həkimləri çağırışa çatdıran sürücü sükan arxasında öldü

Bütün xəbərlər
Bu gün, 09:40

Novxanı yolunda ağır qəza

Bütün xəbərlər
Bu gün, 09:15

Bakı-Sumqayıt yolunda qəzaya düşən tanınmış fotoqraf imiş

Bütün xəbərlər
Bu gün, 01:00

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
Dünən, 13:07

Azərbaycan əsgəri ilə çiyin-çiyinə - Qarabağ müharibəsi cərrahın gözü ilə

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin başlamasından 6 il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 18:06

Sumqayıtda hoteldə insident törədən qız HƏBS OLUNDU

Bütün xəbərlər
26 sentyabr 2026, 17:28

Sumqayıtın bu yolu daha neçə can alacaq? - sakinlərdən ETİRAZ

Bütün xəbərlər
26 sentyabr 2026, 16:30

Sumqayıtda zibil problemi yanğın təhlükəsi yaradıb? - sakinlərdən SOS

Bütün xəbərlər
26 sentyabr 2026, 15:26

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar tədbir keçirildi

Bütün xəbərlər
26 sentyabr 2026, 14:38

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
26 sentyabr 2026, 13:56

Sumqayıt Dövlət Universitetindən beynəlxalq reytinqdə böyük irəliləyiş

Bütün xəbərlər
26 sentyabr 2026, 12:59

Sumqayıtda sərnişinlərin rahatlığını pozan avtobus – ŞİKAYƏT

Bütün xəbərlər
26 sentyabr 2026, 12:07

Sumqayıtda Anım Günü ilə bağlı tədbir keçirildi

Bütün xəbərlər
26 sentyabr 2026, 11:23

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir"

Oxşar xəbərlər