Sumqayıt Dram Teatrının aktyoru Siyavuş Mahmudovun 60 illik yubileyi münasibətilə görüş keçirilib. Bu haqda 10 fevral tarixində Sumqayıt24 xəbər verir.
Teatrın direktoru Samir Şəfiyev akyorluq sənətinin sosial-mədəni, ictimai həyatdakı əhəmiyyətini vurğulayıb, ümumilikdə teatrın bədii-estetik dəyərlərə verdiyi töhfədən danışıb.
Daha sonra baş rejissor, Xalq artisti Firudin Məhərrəmov çıxışında yubilyarın yaradıcılığından söz açıb.
Sonra teatrın rəhbərliyi və həmkarlar komitəsi adından Siyavuş Mahmudova fəxri fərmanlar təqdim olunub.