Sumqayıtda tibb ocağı vakansiya elan edir. Sumqayıt24 bu haqda 25 iyul tarixində xəbər verir.
Sağlam Ailə Tibb Mərkəzinə “Həkim-mikroskopist” tələb olunur.
Namizədə olan tələblər:
- Ali tibbi təhsil (laboratoriya işi ixtisası üzrə);
- Müasir laboratoriya avadanlıqları ilə işləmə bacarığı;
- Məsuliyyətli və komandada işləmə bacarığı.
Vəzifə barədə:
- Müayinələrin, avadanlıqların işçi təlimatlarını əsas tutaraq, laborator müayinələr aparır;
- Yeni laborator müayinə metodlarının işlənib hazırlanması, tətbiqi və aprobasiyasında iştirak edir;
- Laborator müayinələrin aparılmasının təlimatlara uyğunluğuna, avadanlıqdan düzgün, reaktivlərdən səmərəli istifadəyə nəzarət edir.
İş qrafiki 6 günlükdür (həftəlik 36 saat). Əməkhaqqı müsahibə əsasında razılaşdırılır. İşə düzələn şəxs və ailə üzvləri tibbi xidmətlərdən güzəştlə istifadə edə biləcəklər. Onlara şirkətdaxili təlim və inkişaf imkanları yaradılacaq.
Müraciət etmək üçün CV-nizi [email protected] elektron ünvanına “Həkim-mikroskopist“ başlığı ilə göndərməlisiniz.
Tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.