Sumqayıt Tibb Mərkəzlərinin (STM) müəssisələrində “İmmunlaşdırma həftəsi” keçirilir. Bu haqda 27 aprel tarixində Sumqayıt24 Dünya TV-yə istinadən xəbər verir.
Şəhər üzrə səhiyyə müəssisələrində “İmmunlaşdırma həftəsi” çərçivəsində bir sıra uşaqlar peyvəndə cəlb olunublar. Eləcə də valideynlərə uşaqların vaxtında peyvənd olunmasının, peyvəndlə qarşısı alınan xəstəliklərə qarşı immunizasiyanın əhəmiyyəti haqqında geniş məlumat verilib.
“İmmunlaşdırma həftəsi” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə həyata keçirilir.