Sumqayıt Tibb Mərkəzi (STM) ağacəkmə aksiyası keçirib. Bu haqda 7 aprel tarixində Sumqaıt24 STM-ə istinadən xəbər verir.
“Ağaclar ağ ciyərlərimizdir” adlı aksiyada STM-in tabeliyində olan müəssisələrin əməkdaşları iştirak ediblər. Mərkəzin tabeliyində olan müəssisələrin həyətyanı sahələrində keçirilən aksiyada 150-dən çox həmişəyaşıl ağac əkilib.
Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, suvarılıb və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.