Sumqayıtda ikimərtəbəli ticarət mərkəzində yanğın baş verib. Bu haqda 30 iyul tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Binanın birinci mərtəbəsinin dam örtüyünün yanar konstruksiyaları 120 kv.metr sahədə və içərisində olan məişət avadanlıqları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Alov söndürülüb.