Sumqayıt Dövlət Universitetinə (SDU) xarici təşkilatın nümayəndələri səfər ediblər. Bu haqda 26 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Səfərdə ali təhsil müəssisələrinin beynəlxalq reytinqini nəşr edən “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyinin qlobal məsələlər üzrə rəhbəri Fil Bati, Böyük Britaniya və Avropa üzrə kommersiya direktoru Laçın İtalmazova və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq layihələrin idarə olunması sektorunun müdiri Zülfiyyə Şəfiyeva iştirak ediblər.
Görüş zamanı universitetinin rektoru Rüfət Əzizov ali təhsil müəssisəsinin uğurları, cari vəziyyəti və gələcəyə baxışını beynəlxalq təcrübə ilə müqayisədə nümayəndə heyəti ilə ətraflı müzakirə edib.
Bundan sonra nümayəndə heyəti əyani şəkildə universitetlə tanış olub, SDU-nun nəzdində tədris məqsədilə yaradılan açıq səma altında Elektroenergetikanın tədris muzeyinə, "Code Academy"yə, ayrı-ayrı auditoriya, laboratoriya və tədris kabinələrinə baş çəkib, universitetin maddi-texniki bazası haqqında məlumatlandırılıb.