Sumqayıtda Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Ulu bir sərkərdə, ulu bir öndər” adlı konsert keçirilib. Bu barədə 27 may tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsi xəbər yayıb.
N. Nərimanov adına Mədəniyyət Mərkəzində baş tutan tədbirdə “Dostluq” Mədəniyyət Evinin kollektivi çıxış edib. İlk növbədə ulu öndərlə bağlı sərgi və videoçarx nümayiş olunub. Mədəniyyət Evinin “Xəzri” xalq mahnı və rəqs ansamblının ifasında “Azərbaycan suitası”, “Mehriban” uşaq rəqs kollektivinin ifasında isə “Bayram” rəqsi, bədii qiraət dərnəyinin üzvləri Mədinə Hüseyn, Emilya Quliyeva və Nuray Şahsuvarlının ifasında şeir nümunələri, Aydan Salahovanın ifasında “Dahi” və Nuray Şahsuvarlının ifasında “Ana kür” mahnıları səslənib.
Konsertdə Daxili Qoşunların zabit və əsgərləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.