S.Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti baş tutub. Bu haqda 15 iyun tarixində Sumqayıt24 Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib. Konsertdə bir çox musiqi nömrələri ifa olunub. Sonda Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxış edərək, məktəbin müsabiqələrdə və tədbirlərdə fəal iştirak edən müəllim və şagirdlərinə fəxri fərmanlar təqdim edib.