Sumqayıt şəhər N. Nərimanov adına Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Sumqayıt24 bu haqda 8 may tarixində xəbər verir.
“Onu zaman seçib” adlı ədəbi-musiqili tədbirdə Dövlət Himni səsləndirilib. Öncə ulu öndərin həyat və fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub. Aparıcı Adil Səfərov ümummilli liderin hakimiyyət illərində Azərbaycanın maddi-mənəvi irsinə, incəsənətinə, mədəniyyətinə göstərdiyi xidmətlərindən məlumat verib.
Sonra gənc ifaçılar ulu öndərə, Azərbaycana həsr olunan mahnılar, qiraətçilərdən Adil Səfərov və İlahə Bağırova isə şeirlər səsləndiriblər. Sonda Mədəniyyət Mərkəzinin rəsm kursu üzvlərinin ulu öndərə həsr olunan rəsmlərindən ibarət sərgiyə tamaşa edilib.