Unibank Sumqayıt filialı üzrə "Ümumi işlər üzrə mütəxəssis" vakansiyası elan edib.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilmək arzu olunandır);
- MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
- 1 ildən aşağı iş təcrübəsi;
- Ünsiyyətcil, təşəbbüskar, müştəri yönümlülük.
İş barədə məlumat:
- Müştərilərin qarşılanması;
- Müştərilərin istəyinə uyğun olaraq onların istiqamətləndirilməsi;
- Bankın məhsulları haqqında müştəriləri məlumatlandırmaq;
- Plastik kartların sifarişi;
- Digər inzibati işlərin görülməsi.
Maraqlanan şəxslər 13 noyabr tarixinədək CV-lərini
[email protected] e-mail ünvanına göndərə bilərlər.