İstirahət guşəsində dəlik əmələ gəlib.
Sumqayıt24-ə şikayətçilərdən daxil olan məlumata görə, sözügedən quyu aylar əvvəl “Ulduz” kimi tanınan ərazidən bulvar istiqamətinə gedən yolda yaranıb. Sakinlər bildirirlər ki, qaranlıq saatlarda dəlik görünməz olur:
“İnsanların ən çox keçdiyi ərazilərdən biridir. Uşaq və yaşlı adamlar ora düşə bilərlər. Buna görə kim cavab verəcək?”.