Vətən müharibəsi Qəhrəmanı, şəhid Mehrab Niftəliyevin qızının ad günü qeyd edilib. Sumqayıt24 bu haqda bu gün, 10 fevral tarixində Sumqayitxeber.com-a istinadən məlumat yayıb.
Ləman Niftəliyevanın ad günü münasibətilə Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları ailəsinə baş çəkib, onu təbrik ediblər.
Mehrab Niftəliyev 1985-ci il 13 may tarixində Quba rayonunun Qam-qam kəndində anadan olub. O, ailəli idi və 3 övladı yadigar qalıb.