Sumqayıtlı paracüdoçu İlham Zəkiyev şəhid ailəsini ziyarət edib. Bu barədə o, şəxsi sosial şəbəkə hesabında xəbər verib.
Veteran idmançı Göygöl rayonunun Şəhriyar kəndində olub. O, Vətən müharibəsində Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhid olmuş Xüsusi Təyinatlı Qüvəllərin əsgəri Kənan Həsənovun ailəsinə baş çəkib.