Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin edilib. Sumqayıt24 bu barədə 20 oktyabr tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, polis polkovnik-leytenantı Elmar Quliyev Sumqayıt ŞPİ-nin 5-ci PB-yə rəis təyin olunub.
Qeyd edək ki, E.Quliyev bu təyinatadək DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsində çalışıb.