Türkdilli dövlətlərin məktəbliləri arasında "Xəmsə möcüzəsi" I Respublika onlayn incəsənət festival müsabiqəsinin zona mərhələsinin qalibləri mükafatlandırılıblar. Bu barədə 12 aprel tarixində Abşeron - Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.
Tədbir Sumqayıt şəhər 1 nomrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilib. Qonaq qismində Təhsil Ídarəsinin müdir müavini Coşqun Əliyev, İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Səbinə Məmmədova, Abşeron rayon UGÍM-nin direktoru Aytən Məmmədova, Xızı UGİM-nin direktoru Vasif Əstanov və Sumqayıt şəhər 2 nömrəli UGÍM-in direktoru Fariz Orduxanov iştirak ediblər.
1 nömrəli UGİM-nin şöbə müdiri Esmira Qocayeva bildirib ki, bu mərhələdə 26 iştirakçı 1-2-3-cü yerləri tutublar.