Xaricdən təşrif buyuran azərbaycanlı həkimlər Sumqayıtda yerləşən tibb müəssisələrini ziyarət edəcəklər. Bu haqda 8 iyun tarixində Sumqayıt24 Report.az-a istinadən xəbər verir.
Ziyarət 17-22 iyun tarixlərində keçiriləcək Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu çərçivəsində baş tutacaq. Səfər zamanı tibb müəssisələri ilə tanışlıq, qarşılıqlı təcrübə mübadiləsi baş tutacaq.