Sumqayıt Kimya Sənaye Parkının rezidenti tərəfindən istehsal edilən məhsulların imkanları müzakirə olunub. Bu haqda 9 avqust tarixində Sumqayıt24 İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən məlumat verir.
Avstriyanın “Grabher Group GmbH” şirkətinin baş direktoru Günter Qrabherin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) görüş keçirilib.
Görüş çərçivəsində Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC tərəfindən istehsal edilən polipropilendən istifadə etməklə sənaye zonalarında müxtəlif təyinatlı emal məhsullarının istehsalı müəssisəsinin yaradılması imkanları müzakirə edilib.
Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.