Sumqayıtda qadağan olunmuş av alətləri götürülüb. Sumqayıt24 bu haqda 2 may tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası davam edir. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Sumqayıt və Astara şəhərləri akvatoriyasından, Kür çayından, Şəmkir su anbarından və Baş Mil-Muğan Kollektorundan 1085 metr uzunluğunda 28 ədəd sintetik tor aşkarlanıb.