top
Xəzərin çəkilməsi niyə ən çox Sumqayıtda görünür? 
30 aprel 2025, 00:01
- +

Xəzərin çəkilməsi niyə ən çox Sumqayıtda görünür? 

Xəzər dənizi suyunun getdikcə azalması son illər yenidən narahatlıq doğurur.

Bakıvaxtı.az-ın məlumatına görə, beynəlxalq və qazaxıstanlı ekspertlər Xəzərin dayazlaşması problemini araşdırıblar. Onlar öz araşdırmalarında vəziyyətin inkişafı üzrə mümkün fəlakət ssenarilərini qeyd ediblər.

Qazaxıstan mediasında yer alan məlumatda bildirilir ki, ciddi ekoloji və iqtisadi problemlərə gətirib çıxaran iqlim dəyişikliyi səbəbindən Xəzər dənizinin akvatoriyası həyəcanverici sürətlə kiçilir.

Lids Universitetinin alimlərinin qazaxıstanlı mütəxəssislərlə apardıqları araşdırma zamanı müəyyən edilib ki, suyun səviyyəsinin cüzi enməsi belə Qazaxıstanın Xəzərdəki şimal sahillərinə təsir edə bilər.

Xəzər dənizinin Qazaxıstan hissəsi çox dayazdır və bu, onu suyun səviyyəsinin aşağı düşməsinə son dərəcə həssas edir. 2001-ci ildən bəri şimal-şərq sahil xətti 50 kilometrdən çox geri çəkilərək minlərlə kvadrat kilometrlik keçmiş dəniz dibini quru əraziyə çevirib.

Xəzər dənizinin səviyyəsi 5 metr aşağı düşərsə, Qazaxıstan hissəsindəki ekoloji əhəmiyyətli ərazilərin 60%-ə qədəri yoxa çıxa bilər. Bununla yanaşı, 10 metrlik dayazlaşma belə ərazilərin 80%-dən çoxunun itirilməsi, yaşayış yerlərinin və mühafizə səylərinin pozulması ilə nəticələnəcək.

Qazaxıstanın sahilyanı şəhərləri, o cümlədən Aktau limanı və Xəzərin şimal hövzəsindəki əlaqədar neft və qaz obyektləri yeni sahil zolağından ayrılmaq riski altındadır. Bu, infrastrukturun genişmiqyaslı yenidən qurulmasını tələb edəcək və ciddi iqtisadi xərclərə səbəb olacaq.

Xəzər suitisi regionda nəsli kəsilmək təhlükəsi ilə üzləşən yeganə dəniz məməlisidir. Çoxalması üçün onun qış buzuna ehtiyacı var, amma suyun səviyyəsinin 5 metr aşağı düşməsi bu ərazilərin yarıdan çoxunu məhv edə və onların populyasiyasını daha çox təhdid edə bilər.

Xəzərin suyunun geri şəkilməsi prosesi dənizin Sumqayıt sahilində daha çox özünü büruzə verir. Xüsusilə Sumqayıt bulvarı kimi sahilboyu ərazilərdə dəniz səviyyəsindəki azalmanı artıq adi gözlə müşahidə etmək mümkündür.

Bəs, bu çəkilmənin səbəbi nədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, iqlim dəyişikliklərinin təsiri nəticəsində Xəzər dənizində gözlə görünəcək səviyyədə suyun geri çəkilməsi müşahidə olunur. Onun sözlərinə görə, xüsusilə Sumqayıt bulvarı ərazisində bu geri çəkilmə daha qabarıq şəkildə hiss edilir. Müsahibimiz izah edib ki, bunun əsas səbəblərindən biri həmin ərazinin dayaz olmasıdır:

“Mən təxminən iki il öncə bu bölgədə müşahidələr aparmışdım. Quraqlıq və iqlim dəyişikliyi fonunda çay sularının Xəzərə axıdılmasının azalması bu prosesi daha da sürətləndirib”.

Q.İbrahimli onu da deyib ki, Xəzərin əsas su mənbələrindən biri olan Volqa çayının axını son illərdə azalıb. Volqa çayı suvarmaya, bəndlərə, başqa sahələrə çox cəlb olunduğuna görə su daşıyıcılığı aşağı olub.

Həmsöhbətimiz son olaraq vurğulayıb ki, hazırda çaylarda gur sululuq dövrü yaşanır və bu səbəbdən yaxın zamanda müəyyən miqdarda su səviyyəsində artım müşahidə oluna bilər.

“Lakin bu keçicidir. Ümid edirik ki, gələcəkdə iqlim şəraiti stabilləşəcək, yağıntılar illik norma çərçivəsində olacaq və Xəzər dənizində suyun geri çəkilməsi prosesi dayanacaq”,- deyə Qorxmaz İbrahimli əlavə edib.

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov açıqlamasında bildirib ki, dəniz suyunun çəkilməsi prosesi sahil zonasının geoloji və coğrafi xüsusiyyətlərindən, xüsusilə dərinlikdən asılıdır.

O qeyd edib ki, əgər sahil ərazisi dayazdırsa, yəni dərinlik azdırsa, suyun geri çəkilməsi zamanı daha geniş ərazi açıqda qalır. Bu səbəbdən də belə bölgələrdə dəniz səviyyəsindəki hər bir dəyişiklik daha aydın şəkildə müşahidə olunur.

S,Səfərov bu cür dəyişikliklərin həm təbii ( buxarlanma, çay axınlarının azalması), həm də antropogen (iqlim dəyişikliyi, su təsərrüfatı fəaliyyəti) faktorlarla sıx bağlı olduğunu diqqətə çatdırıb:

“Belə hallarda sahil xəttinin geriyə çəkilməsi ekosistemlərə, balıqçılığa, turizmə və sahil infrastrukturlarına da təsir göstərə bilər”.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 18:45

Sumqayıtda yağışın fəsadları ilə mübarizə davam edir - VİDEO

İdman
Bu gün, 18:12

Sumqayıtlı cüdoçu Avropa çempionatını buraxmalı olacaq

Cəmiyyət
Bu gün, 17:50

Nasaz avtobuslar təmir olundu: AYNA-dan 33 nömrəli marşrutla bağlı AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 17:00

Sumqayıt Sənaye Parkında bu məbləğdə məhsul satılıb

Bütün xəbərlər
Bu gün, 16:20

Həmin ailənin iki uşağı ƏLİNDƏN ALINDI

Bütün xəbərlər
Bu gün, 16:20

Sumqayıtda hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:38

Birinci sinfə qəbul "mygov" üzərindən həyata keçiriləcək

Cəmiyyət
Bu gün, 14:58

Sumqayıtın təhsil ocaqlarında maarifləndirici məşq

Cəmiyyət
Bu gün, 14:40

Sarayda yaşayış binasında yanğın

Cəmiyyət
Bu gün, 13:37

"TikTok"da tanış olduğu qadınla intim görüntülərini ərinə göndərdi, pul istədi - MƏHKƏMƏ

İdman
Bu gün, 12:53

"Sumqayıt"ı Tovuz səfəri gözləyir

Cəmiyyət
Bu gün, 12:11

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların SON DURUMU

İdman
Bu gün, 11:31

"Sumqayıt"ın qapısına təyin edilən penalti SƏHV İMİŞ…

Bütün xəbərlər
Bu gün, 10:51

Sumqayıt universiteti xarici əlaqələrini GÜCLƏNDİRİR

İdman
Bu gün, 10:11

"Sumqayıt"ın məşqçisi futbolçu ilə əlbəyaxa olub? - AÇIQLAMA

Cəmiyyət
Bu gün, 09:31

Sumqayıtda keçən il neçə ailə dağılıb?

Cəmiyyət
Dünən, 18:30

Sumqayıtlı məktəblilər olimpiadada ZƏKALARI ilə SEÇİLDİLƏR

Cəmiyyət
Dünən, 18:00

Sumqayıtda yağışın fəsadları ilə mübarizə davam edir

Bütün xəbərlər
Dünən, 17:23

Dağıdıcı zəlzələ gözlənilir? - Seysmoloqdan AÇIQLAMA

İdman
Dünən, 17:14

"Sumqayıt"ın legioneri "Qəbələ" ilə oyuna hazır olacaq

Cəmiyyət
Dünən, 16:52

Sumqayıtda dizi ilə avtobus idarə edən sürücü İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 16:43

Sumqayıtda "zibil qalmaqalı" böyüyür

Bütün xəbərlər
Dünən, 16:03

Sumqayıtda bu yol sürücüləri ziyana salır

Cəmiyyət
Dünən, 15:28

Prezident İlham Əliyev ABŞ-la atəşkəsə görə Pezeşkianı təbrik edib

Oxşar xəbərlər