Xəzər dənizinin Sumqayıt sahilində təmizlik aksiyası keçirilib.
Sumqayıt24 xəbər verir ki, “Təmiz ölkəm” devizi altında keçirilən iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli bölmələri, yerli icra və bələdiyyələrin nümayəndəri və sakinlər iştirak ediblər. İştirakçılar ərazini tullantılardan təmizləyiblər.
Layihə Ümumrespublika Təmizlik Marafonu çərçivəsində təşkil olunub.