Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi təlim keçirib.
Sumqayit24.az xəbər verir ki, görüş “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda olub. Təlim zamanı şərti nəqliyyat qəzası ilə əlaqədar “hadisə yerinə” operativ çatan xilasedicilər deformasiyaya uğrayan avtomobildən “zərərçəkmişləri xilas edərək” onlara “təxirəsalınmaz ilkin yardım göstəriblər”.
Sonda nəticələrin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.