Sumqayıtda “Poeziyada yaşayan həyat” adlı ədəbiyyat saatı keçirilib. Sumqayıt24 bu barədə 29 sentyabr tarixində məlumat verir.
Xurşidbanu Natəvanın 190 illiyi və “Şuşa ili” çərçivəsində keçirilən tədbir Gənclər Kitabxanasında baş tutub. Kitabxananın əməkdaşı Rəhilə Bağırova görkəmli şairənin zəngin yaradıcılığı, ömür yolu və şəxsiyyəti haqqında bəhs edib. O qeyd edb ki, Qarabağ xanlarının vərəsəsi sayılan görkəmli şəxsiyyət XIX əsrdə yaşayıb və yaradıb, Azərbaycan şairləri arasında çox yüksək məqam sahibi olub. Adının hər zaman böyük hörmətlə xatırlanması, mənəvi irsinə verilən yüksək dəyər şairin ədəbi yaradıcılığı ilə yanaşı, həm də ictimai fəaliyyətindən irəli gəlib.