Sumqayıtda sexdə güclü yanğın baş verib. Bu haqda 16 fevral tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə Bakı-Quba avtomobil yolunun 26-cı kilometrliyində yerləşən yağ sexində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri və xüsusi texnikası cəlb edilib. Alov 400 kv.m ərazini əhatə edib. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın söndürülüb.