Faktiki hava şəraiti açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sentyabrın 20-si saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti davam edir.
Sumqayıt, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.
Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 25 m/s-dək güclənir. Dənizdə dalğanın hündürlüyü 3.6 metrdir.