Sumqayıtda transformator yanıb. Bu haqda 13 aprel tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən 30 kv.metrlik tikilinin içərisində transformatorun yanar hissələri yanıb. Digər elektrik qurğuları yanğından mühafizə olunub. Alov söndürülüb.