Sumqayıt şəhəri, 4-cü mikrorayonda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Sumqayıt24.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə binanın 5-ci mərtəbəsinin pilləkən qəfəsində qeydə alınıb. Elektrik lövhəsində 10 ədəd elektrik sayğacı, 10 ədəd elektrik açarı, 1 ədəd su sayğacı və 5 p.m kabel yanıb.
Yanğın zamanı FHN-in əməkdaşları tərəfindən tüstülənmiş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Alov söndürülüb.