Sumqayıt ərazisində təmizlik işləri aparılıb. Sumqayıt24 bu haqda 2 may tarixində xəbər verir.
İşlər "Sumqayıt bizim evimizdir, evimizi təmiz saxlayaq" devizi altında Sumqayıt Bələdiyyəsi tərəfindən təşkil olunub. Bələdiyyənin əməkdaşları Yaşıldərə, “BTZ bağları” adlanan ərazilərdən məişət tullantılarını toplayıblar.