Bakıda və Abşeron yarımadasında fevralın 5-6-da güclü külək əsəcək.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, həmin tarixlərdə şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək, bu da sarı xəbərdarlığa uyğundur.