Sumqayıtda piyada keçidindən istifadə edən sakinlər çətinliklə üzləşirlər. Bu haqda 1 aprel tarixində Sumqayıt24 xəbər verir.
Söhbət Lermontov və Koroğlu küçələrinin kəsişməsində yerləşən piyada keçidindən gedir. Yolun hərəkət hissəsində yerləşən təhlükəsizlik adacığı asfaltlanmayıb. Piyadalar həmin hissəni kənardan ötüb keçmək məcburiyyətində qalırlar. Bu isə yol istifadəçiləri üçün təhlükəli anlara səbəb ola bilər.
[modula id="33951"]