Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Sumqayit24.az-a daxil olan müraciətdə bildirilib ki, bu gündən başlayaraq oktyabrın 15-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi rayonlarda külək və leysan xarakterli yağışla müşahidə olunan kəskin dəyişmələrin gözlənildiyi qeyd olunub.
İdarə xəbərdarlıqla əlaqədar hərəkət iştirakçılarına müraciət edərək onlara yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, həmçinin piyadaları məsuliyyətli olmağa çağırır.