Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində qəza baş verib. Bu haqda Sumqayıt24-ün müxbiri bu gün, 13:35 rədələrində xəbər verib.
Məlumata görə, birtərəfli yolda əks istiqamətlə hərəkət edən “Subaru” markalı avtomobilin, məhəllədaxili yoldan əsas yola çıxan “Opel” markalı avtomobilinə çırpılıb. Nəticədə “Opel”in ön hissəsi yararsız vəziyyətə düşüb.
Hadisə zamanı xəsarət alan olmayıb. [modula id="9965"]