Sumqayıtda qəzada iki nəfər yaralanıb. Sumqayıt24 bu haqda 17 fevral tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə Sahil küçəsində qeydə alınıb. "İsuzu" markalı yük avtomobili ilə "Toyota" toqquşub. Nəticədə birinci aşaraq restoranın məhəccərlərini yararsız hala salıb.
Qəza zamanı "Toyota”nın sürücüsü Vüsal Hacılı və bir sərnişin xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.