Sumqayıtda yol qəzası qeydə alınıb. Sumqayıt24 bu barədə 10 sentyabr tarixində Oxu.az-a istinadən xəbər verir.
Hadisə şəhərin Çerkassi küçəsində baş verib. Yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək, yol nişanına və bordürə çarpılıb. Qəza nəticəsində xəsarət alan yoxdur.