Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli məktəbin şagirdi Fəxri fərmanla təltif olunub. Bu haqda bu gün, 14 fevral tarixində məktəb öz Facebook hesabında məlumat yayıb.
Məlumata əsasən, Nigar Fərhadzadə "Düşünən oxucu" layihəsinin məktəb turunda 1-ci yeri tutub. O, 9-cu sinif şagirdidir.