Sumqayıtın icra başçısı 23 nömrəli məktəbdə olub. Sumqayıt24 bu haqda 27 may tarixində xəbər verir.
Zakir Fərəcov görülmüş işlər, tədris və təlim-tərbiyə prosesi ilə maraqlanıb, şagirdlərlə görüşərək, onlara tövsiyələrini verib, dərslərində uğurlar arzulayıb. Sonra şəhərimizdə həyata keçirilən layihələr, təhsil sahəsində görülmüş işlər və nailiyyətlər ətrafında diskussiya aparılıb.