Sumqayıt şəhər icra başçısı şəhid ailələrini ziyarət edib. Sumqayıt24 bu barədə 28 sentyabr tarixində İH-yə istinadən xəbər verir.
İcra başçısı Zakir Fərəcov şəhid Bəxtiyar Muradovun ailəsini ziyarət edib, şəhid Tərlan Rzayevin anım mərasimində iştirak edib. Görüş zamanı şəhidlərimizin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.