Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov səyyar qəbul keçirib. Bu haqda 14 aprel tarixində Sumqayıt24 Dünya TV-yə istinadən xəbər verir.
33 nömrəli tam orta məktəbdə baş tutan görüşdə İH-nin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər. İcra başçısı vətəndaşların müraciətlərini dinləyib. Qaldırılan məsələlərin bır qismı yerindəcə həll olunub. Digər müraciətlərin həlli istiqamətində məsul şəxslərə tapşırıqlar verilib.