Sumqayıt icra başçısı Zakir Fərəcov növbəti dəfə səyyar qəbul keçirib. Sumqayıt24 bu barədə 1 oktyabr tarixində İH-yə istinadən xəbər verir.
Görüş şəhərin 10-cu mikrorayon ərazisində baş tutub. Qəbul zamanı 20-dən çox vətəndaşın təklif, müraciət və şikayətləri dinlənilib. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin həlli istiqamətində müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.