Sumqayıt şəhərinin rəhbəri səyyar qəbul keçirib. Sumqayıt24 bu haqda 5 may tarixində xəbər verir.
İcra başçısı Zakir Fərəcov 12-ci mikrorayon ərazisində vətəndaşlarla görüşüb. Tədbirdə İcra Hakimiyyətinin məsul şəxsləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Sakinlər sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar Zakir Fərəcova müraciətlər ünvanlayıblar. Məsələlərin böyük qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan problemlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.