Sumqayıt Tibb Mərkəzində (STM) "Nurlu insan" adlı tədbir keçirilib. Sumqayıt24 bu haqda 20 aprel tarixində xəbər verir.
Tədbir akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunub. Burada mərkəzin kollektivi, tibb müəssisələrinin rəhbərləri və icra başçısının müavini Ülviyyə Müzəffərova iştirak ediblər.
İştirakçılara görkəmli alimin həyatından bəhs edən videoçarx nümayiş edilib. Çıxışçılar Zərifə Əliyevanın oftolmologiya elminə böyük töhfələr verdiyini, bir çox gənc alim və həkim-oftalmoloqları yetişdirdiyini bildiriblər. [modula id="34991"]