Sumqayıtda "Məişət zorakılığına qarşı təşəbbüslər" layihəsi başlayıb. Sumqayıt24 bu haqda 12 iyun tarixində xəbər verir.
Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İB tərəfindən təşkil olunub.
Sumqayıt və yaxın bölgələrdən olan məişət zorakılığı və insan alverinə məruz qalanlara, həmçinin potensial qurbanlara hüquqi, sosial və psixoloji xidmətlər göstəriləcək.
Layihənin könüllüləri əhali arasında sorğu keçirəcəklər. İki veriliş hazırlanıb telekanalda nümayiş ediləcək. Təlim və ictimai müzakirələr olacaq.
Əsas məqsəd risk qrupuna daxil olan, zorakılığa məruz qalmış şəxslərin hüquqlarının müdafiəsıdir.
Vəkil Ruslan Mustafazadə: (050) 300-87-88.
Vəkil köməkçisi, hüquqşünas Ərturqut Şərəfxanlı: (055) 570-86-45.
Psixoloq Samirə İsmayılova: (055) 828-60-67.