Sumqayıt idmançıları üzgüçülük üzrə yarışa qatılıblar. Bu haqda 28 avqust tarixində Sumqayıt24 Triatlon Federasiyasına istinadən məlumat verir.
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş yarış Salyan Olimpiya İdman Kompleksində (OİK) baş tutub. Turnirdə “Trisun” (Sumqayıt OİK), Salyan OİK, “Aura”, “Freedom” (Şağan OİK), “Trikids Baku”, “Vegas”, “Eden”, “Astoria”, “Term” və “Aquatic” klublarının idmançıları iştirak ediblər.
Qaliblər Paralimpiya idman kompleksi tərəfindən medal və diplomla mükafatlandırılıblar.