İspaniyanın Sidges şəhərində keçirilən dünya çempionatında Azərbaycanın qadın şahmatçıları Hindistan və Ermənistan yığmaları üz-üzə gəliblər. Hər iki qarşılaşma heç-heçə ilə bitib. Bu barədə Sumqayıt24.az 28 sentyabr tarixində Report-a istinadən xeber verib.
A qrupunun birinci turunda Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova və Sumqayıtlı qrossmeyster Şəhriyar Məmmədyarovun bacısı Türkanın da üzv olduğu kollektiv Hindistan yığması ilə oyunu 2:2 hesabı ilə bitiriblər. İlk turda Zeynəb Məmmədyarova istirahət edib.
A qrupunun ikinci turunda isə yığmamız Ermənistan idmançıları ilə qarşılaşıb. Bu oyun da 2:2 hesabı ilə başa çatıb. Türkan Məmmədyarova Anna Sarqsyana, Zeynəb Məmmədyarova isə Susanna Qaboyana məğlub olub.
Qadın şahmatçılar arasında dünya çempionatı oktyabrın 3-dək davam edəcək.