“Sumqayıt” klubu çətin səfər oyununa çıxacaq.
Sumqayit24.az xəbər verir ki, şəhərin futbol klubu Misli Premyer Liqasının 8-ci turunda “Neftçi” ilə qarşılaşacaq. Matç 28 sentyabr saat 19:30-da “Neftçi Arena” stadionunda baş tutacaq. Oyunu “CBC Sport” telekanalında canlı izləyə biləcəksiniz.
Qeyd edək ki, hazırda “Sumqayıt” turnir cədvəlinin 7-ci, “Neftçi” isə 9-cu pilləsindədir.