Sumqayıt bulvarında idman tədbiri baş tutub. Sumqayıt24 bu haqda 23 avqust tarixində xəbər verir.
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində sambo və sərbəst güləş üzrə nümunəvi çıxışlar keçirilib.
Məqsəd uşaq, yeniyetmə və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.