“Sumqayıt” klubunun yarımmüdafiəçisi sabiq komandası “Sabah”ı məhkəməyə verib. Sumqayıt24 bu haqda 15 avqust tarixində Pravda.az-a istinadən xəbər verir.
Elşən Abdullayev Bakı Kommersiya Məhkəməsinə üz tutub. Futbolçu tapşırıq müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.