“Sumqayıt” FK-nın futbolçusu 100-cü matçını keçirib. Bu haqda 28 avqust tarixində Sumqayıt24 kluba istinadən məlumat verir.
“Araz-Naxçıvan” - “Sumqayıt” qarşılaşması əlamətdar hadisə ilə yadda qalıb. “Kimyaçılar”ın futbolçusu Murad Xaçayev bütün turnirlər daxil olmaqla komandanın heyətində 100-cü oyununu keçirib.
Qeyd edək ki, bu oyunların 87-si Premyer Liqa, 11-i Azərbaycan Kuboku, 2-si isə Avrokubok oyunlarına təsadüf edib.