“Sumqayıt” klubunun futbolçuları milliyə dəvət alıblar.
Sumqayit24.az AFFA-ya istinadən xəbər verir ki, Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət yığması 23 oktyabr - 1 noyabr tarixlərində Qəbələdə təlim-məşq toplanışı keçəcək. Burada “kimyaçılar”ın üzvləri Mirzə Məmmədli, Tunar Əsgərzadə və Ömər Kosayev də iştirak edəcəklər.
Toplanış zamanı Tükiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə oktyabrın 28-də və 31-də yoldaşlıq oyunları keçiriləcək.