Sumqayıtlı qrosmeyster Türkiyə gömrüyündə problemlə üzləşib.
Sumqayit24.az xəbər verir ki, bu barədə “Satranc okulu” kanalında FİDE ustası Selim Gürcan məlumat yayıb.
Onun sözlərinə görə, Dünyanın ən güclü şahmatçılarından sayılan Şəhriyar Məmmədyarov qaçaqmalçılıqda şübhəli bilinib.
Şəhriyar məşhur idmançı olduğunu bildirəndən sonra gömrük əməkdaşları internetdə axtarış edib. Yalnız bundan sonra üzr istəyərək Məmmədyarovun ölkəyə keçməsinə şərait yaradıblar.